Koronavirus pandemiyası səbəbiylə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının keçiriləcəyi tarix məlum olub.

Unikal.org “Nyu York Times”ə istinadən xəbər verir ki, turnir gələn il iyulun 23-də start götürəcək. Beynəlxalq Olimpiya Komitəsinin yeni tarixlə bağlı tezliklə iclas keçirəcəyi və rəsmən açıqlayacağı bildirilir.

Yarışın bağlanış mərasiminin isə gələn il avqustun 8-də keçirilməsi planlaşdırılır.

Yay Olimpiya Oyunları bu il iyulun 24-də başlamalı idi.