ABŞ-ın Çikaqo şəhərində yeni növ koronavirusun səbəb olduğu xəstəliyin aşkarlandığı 1 yaşı tamam olmamış körpə ölüb.

Unikal.org xəbər verir ki, bu barədə İllinoys ştatının Səhiyyə Departamentinin rəsmi saytında məlumat verilib.

Qeyd olunub ki, buna qədər COVID-19 ilə əlaqədar körpə ölümü hadisəsi olmamışdı və bu, ilk belə haldır.

Departamentdən yaşlı insanların daha çox yeni növ koronavirusa yoluxma riski olduğu qeyd edilib.

“İllinoys ştatında yeni növ koronavirusdan ölənlərin 85%-ni 60 və daha çox yaşı olan insanlar təşkil edir. Eyni zamanda, müxtəlif yaşlarda olan insanlar xəstəliyi ağır keçirir”, - qurumun məlumatında deyilir.