Dünyada 30 mindən çox insanın ölümünə səbəb olan yeni növ koronavirusun (Covid-19) meydana gəldiyi Çinin Uhan şəhərində üsyan olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, alınan tədbirlər nəticəsində artıq Uhan şəhəri daxilində koronavirusa yeni yoluxma halı qeydə alınmayıb. Karantin qaydalarının dəyişdirilməməsi isə xalqın etirazına səbəb olub.

Belə ki, insanlar karantin qaydalarının yüngülləşdirməsini tələb ediblər. Hubeydən Jiangxi əyalətinə getmək istəyən insanlar onlara mane olan polislərə hücum ediblər. Onlar polislərin istifadə etdiyi avtomobilləri aşırdıblar.

Qeyd edək ki, Çində koronavirusa yoluxanların ümumi sayı 81 394, ölənlərin sayı isə 3 295 nəfər olub.