Gürcüstanda daha beş nəfər koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla ölkədə koronavirusa yoluxma hallarının sayı 90-a çatıb. Virusdan sağalanların sayı isə 16 nəfər təşkil edir.

Karantində 4 534, stasionar nəzarətdə isə 276 nəfər saxlanılır. Aktiv virus daşıyıcılarının sayı 74 nəfərdir.