Ukraynada daha bir deputat koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, COVİD-19 aşkarlanan Ali Rada üzvü Anna Skoroxod xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, bundan əvvəl Ukraynada deputatlar Sergey Şaxov, Ruslan Qorbenko və Sergey Rudikin koronovirusa yoluxduğu məlum olmuşdu.