Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxanların sayı 5698-ə, ölənlərin sayı isə 92-yə yüksəlib.  

Unikal.org Real TV-yə istinadən bildirir ki, virusa yoluxanların arasında bir soydaşımız da var. Canlı bağlantıya qoşulan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim onun vəziyyəti barədə danışıb.

“O, hal-hazırda xəstəxanadadır. Şükürlər olsun ki, onun vəziyyəti qənaətbəxşdir. Biz davamlı olaraq onun özü ilə də, xəstəxana ilə də əlaqədəyik. Deyirlər ki, çox güman ki, onu martın 30-da artıq xəstəxanadan çıxaracaqlar və evinə gedə biləcək”, - deyə səfir bildirib.

X.İbrahim səfirlik əməkdaşlarının xüsusi rejimdə işlədiyini əlavə edib.