İtaliyada son 24 saat ərzində 919 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Agentliyi məlumat yayıb. Bildirilib ki, ölkə üzrə ölənlərin sayı 9134-ə çatıb.

Bundan əlavə, son sutkada 5959 yeni yoluxma faktı qeydə alınıb, ümumi yoluxma sayı isə 86 min 498 nəfərdir.