Bu gün Milli Məclisin deputatları koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar analiz veriblər.

Unikal.org xəbər verir kii, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az-a məlumat verib.

V.Əhmədov laborator nəticələrin nə vaxt açıqlanacağı barədə məlumatsız olduğunu deyib: “Ayın 30-da iclasdı. Yəqin ki, o vaxtadək açıqlanacaq”.

Parlamentari ümumilikdə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminə ciddi əməl etdiyini bildirib: “Biz hamımız qadağalara əməl etməliyik ki, ölkə olaraq, bu bəladan tez bir zamanda qurtulaq”.

Qeyd edək ki, plenar iclas martın 30-da səhər saat 11-də öz işinə başlayacaq.