Çinin Uhan şəhərində meydana gələn və sürətlə dünyaya yayılan yeni növ koronavirusa (Covid-2019) yoluxanların sayı artmaqdadır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, son rəqəmlərə görə dünyada koronavirusa yoluxanların sayı 500 min nəfəri keçib. Virusun dünyaya yayılmağa başladığı ölkə Çin olsa da, artıq Avropa ölkələrində koronavirusdan ölənlərin sayı Çindən dəfələrlə çoxdur.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib.