"Son günlər 400 nəfərə yaxın Azərbaycan vətəndaşı ölkəyə gətirilib. Yaxın günlərdə də bu qədər vətəndaşın təxliyyə edilməsi gözlənilir".

Unikal.org-un verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev  Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib.

Qeyd olunub ki, xaricdə qalan Azərbaycan vətəndaşları ilə mütəmadi əlaqə saxlanılır.