Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb.

Unikal.org xəbər verir ki, videoçarxda xəstəliyin simptomları ilə bağlı şübhə yarandığı halda vətəndaşlarımıza özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdə qalmaq, dərhal  şəxsi həkimlərinə və ya Təcili Tibbi Yardım Stansiyasına – 103 və 113  xidmətinə və ya 24 saat fəaliyyət göstərən qaynar xətt –“1542”-yə müraciət etmək tövsiyə olunur.