İngiltərədə yeni növ koronavirusdan (Covid-2019) ölənlərin sayı artmaqdadır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə 21 yaşlı gənc qız koronavirus səbəbindən dünyasını dəyişib. Müalicə olunmasına baxmayaraq ölümcül virusa məğlub olan Kloe Middletonun xroniki xəstəliyinin olmadığı və səhhətində başqa bir problem olmadığı bildirilib. 

Xatırladaq ki, daha öncə koronavirusun gənclərə əhəmiyyətli dərəcədə təsir etmədiyi deyilmişdi.

Bu hadisə İngiltərədə koronavirusdan ən gənc ölüm halı olub. Qeyd edək ki, İngiltərədə 8 167 nəfər koronavirusa yoluxub. Onlardan 423-ü isə dünyasını dəyişib.