Şahzadə Çarlzın koronavirus testi pozitiv çıxıb.

Unikal.org xəbər verir ki, bunu kral ailəsinin iqamətgahından bildiriblər.

Məlumata görə, 71 yaşlı şahzadə Çarlzla yanaşı, onun həyat yoldaşı 72 yaşlı hersoginya Kamilla Parker Boulz da koronavirus testindən keçib. Hersoginyada testin nəticələri neqativ çıxıb.