Gürcüstanın Marneuli rayonundan olan 9 günlük körpə Tbilisi Dövlət Tibb Universitetinin klinikasına yerləşdirilib. Onun klinikaya yerləşdirilmə səbəbi  koronavirus şübhəsidir. 

Unikal..org xəbər verir ki, bu barədə klinikanın baş həkimi Levan Ratiani məlumat verib.

Onun sözlərinə görə, yeni doğulmuş körpənin ağır tənəffüs çatışmazlığı problemi var. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.

Qeyd olunub ki, koronavirusla bağlı testlər də artıq körpədən götürülüb və analiz edilməsi üçün labaratoriyaya göndərilir.