Martın 23-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Əkbərov 2018-ci ilin martın 10-da rayon ərazisində “Mercedes” markalı avtomobilindən 3000 manat dəyərində qızıl üzüyünün oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini A.Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.