Dünyaca məşhur İsrail mənşəli ABŞ biofizik mütəxəssisi Maykl Levitt tez bir zamanda bütün dünyanı zəbt edən yeni növ koronavirus xəstəliyi ilə bağlı sevindirici bir açıqlama ilə çıxış edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dünyaca məhur alim Maykl Levitt : “Virus, ehtimal ki, mart ayının sonunda Çində yox olacaq" deyərək, Çində infeksiyaların sayının azalmasının “epidemiyanın sona yaxınlaşdığını” göstərib. 

Digər tərəfdən, Levitt, virusun digər ölkələrdə nə zaman yavaşlayacağı ilə bağlı heç bir proqnoz verməyib. Levittin  hesablamalarına görə Çində koronavirusa yoluxanların sayının sıfır olacağı nöqtəyə yaxınlaşdığını qeyd edib.