Türkiyədə sürücü yük avtomobilinə nəqliyyat vasitəsinin iki qatı qədər yük yığıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, təkrar emal üçün yığılan kağızlar, plastik materiallar və dəmirləri yük maşınına yükləyib. 

Sürücünün daha çox pul qazanmaq uğuruna etdiyi bu hərəkət və digər avtomobillərdəki insanların həyatını düşünməməsi təəccüblə qarşılanıb.