Sumqayıt şəhərində tibbi-profilaktik və dezinfeksiyaedici işlər daha da intensivləşdirilib.

Unikal.org-un məlumatına görə, şəhər ərazisində Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən xüsusi ayrılmış kommunal texnikalar gündəlik olaraq dezinfeksiya proseslərini həyata keçirir.

Şəhərin mərkəzi hissəsindən başlayaraq texnikalar vasitəsilə yollar və səkilər yuyulub.

Qeyd edək ki, yollarda dezinfeksiya işləri gündəlik olaraq olaraq axşam saatlarında 22:00-dan başlayaraq aparılır.

Bundan əlavə, mütəmadi olaraq yaşayış binalarının həyətlərində, blokların girişlərində, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər aparılacaq.