Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi koronavirusa (COVID-19) qarşı mübarizəyə dəstək kampaniyasına qoşulub.

Bu barədə Unikal.org-a Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması, onunla mübarizə istiqamətində dövlətin həyata keçirdiyi təhlükəsizlik, preventiv və profilaktik tədbirləri dəstəkləyərək, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz əməkhaqları hesabından 100 min manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul ediblər.