Çində ortaya çıxan və minlərlə insanın ölümünə səbəb olan yeni növ koronavirusun (Covid-2019) dünyaya necə yayıldığı hər kəsi düşündürür.

Unikal.org "New York Times" qəzetinə istinadən xəbər verir ki, virusun dünyaya sürətlə yayılmasına səbəb Uhan şəhərinin karantin altına alınmasından əvvəl oradan başqa ölkələrə səyahət edənlər olub.

Belə ki, uçuşlara qadağa qoyulmadan öncə 7 milyon nəfər 11 milyon insanın yaşadığı Uhan şəhərindən başqa ölkələrə səyahət edib. Araşdırmaçılar həmin şəxslərin 85 faizinin koronavirus xəstəsi olduqlarını, lakin onların xəstəlikləri təyin olunmadan öncə digər ölkələrə getdiklərini bildiriblər.

Qeyd edək ki, bütün dünyanı qorxuya salan koronavirus Çinin Uhan şəhərində dəniz məhsulları bazarında meydana gəlib.