Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma halları artıb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.

Qeyd edilir ki, koronavirusa yoluxanların sayı 61-ə çatıb, virusa yoluxanların 8-i tam sağalıb.

Hazırda karantində 3 320, stasionar nəzarətdə isə 235 nəfər saxlanılır.