“ABŞ koronavirusla mübarizədə İrana kömək etmək istəyirsə, o zaman sanksiyaları ləğv etməlidir”.

Unikal.org İran KİV-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani televiziyada çıxışında qeyd edib.

Belə ki, prezident Ruhani açıqlamasında rəsmi Tehran Vaşinqtonun humanitar yardım təklifini qəbul etmək niyyətində deyil: “Amerika liderləri yalan danışırlar. Əgər onlar İrana kömək etmək istəyirlərsə, onların atacağı addım sanksiyaları aradan qaldırmaqdan ibarətdir. Daha sonra biz koronavirusla mübarizə apara bilərik". 

Qeyd edək ki,Vaşinqton İrana humanitar yardım təklif etsə də, İranın Ali dini lideri Ayətullah Xamenei bu təklifi rədd etdiklərini bildirib.