İranda can almaqda davam edən koronavirusdan əlavə yağan güclü leysan yağışları nəticəsində yaranan sel fəlakətində həyatını itirənlərin sayı 11-ə yüksəlib.

Unikal.org məlumat verir ki, İranın Böhran Vəziyyətlərində İdarəetmə Təşkilatının sözçüsü Əli Bahtiyari, son 24 saatda ölkədə yağan güclü yağış səbəbiylə 11 nəfərin öldüyünü açıqlayıb.