Fransada malyariyanın müalicəsində istifadə edilən dərman koronavirusun müalicəsi üçün uğurla sınaqdan keçirilib.

Unikal.org xəbər verir ki, bu barədə "International Journal of Antimicrobial Agents" jurnalı məlumat yayıb.

Hazırda COVID-19-un müalicəsi üçün xüsusi dərman mövcud deyil. Bununla belə, bütün dünyada yüzlərlə kliniki sınaqlarda başqa göstərişlər üçün nəzərdə tutulmuş dərmanların SARS-CoV-2-yə təsiri araşdırılır.

Tədqiqat əsasən iki qrup preparat ətrafında aparılır: remdesivira – ribonuklein turşusunun transkripsiyasının vaxtından əvvəl kəsilməsi vasitəsilə virusun replikasiyasını inhibə edən geniş antiviral aktivliyə malik olan venadaxili dərman vasitələri və antimalyariya preparatları.

Sınaqlar 6 pasiyent üzərində aparılıb. 6 gün sonra koronavirusa yoluxmuş  pasiyentlərin analizləri neqativ çıxıb.

Alimlərin sözlərinə görə, test qrupunun kiçik olmasının və nəticələrin təsdiqlənməsi üçün daha irimiqyaslı sınaqlara gərək olduğuna baxmayaraq, bu nəticələr çox ümidvericidir.