Dünyada “koronavirusun yayılması gənclərə təsir etmir” tezisini təkzib edən bir hadisə baş verib.

Unikal.org məlumat verir ki, ölüm sayısının kəskin artdığı İngiltərədə son 24 saat ərzində 48 nəfər həyatını itirib. Virusdan ölənlərin içərisində 18 yaşlı gəncin olması xüsusi diqqətə çatdırılıb.

Qeyd edək ki, İngiltərədən verilən rəsmi açıqlamaya, əsasən, koronavirusdan ölənlərin sayı 5.683 nəfərə yüksəlib.