Bakıda internet klubda oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 3-də rayon ərazisindəki internet klubların birindən 2 100 manat dəyərində kompyuter dəstini oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Əmirov saxlanılıb.