Almaniya kansleri Angela Merkel karantinə alınıb.

Unikal.org-un  "Sky News"a istinadən verdiyi xəbərə görə, bu barədə kanslerin mətbuat katibi Steffen Seibert məlumat verib.

O bildirib ki, bir neçə gün öncə pnevmaniya infeksiyası ilə bağlı Angela Merkelə peyvənd edən həkimdə virusa yoluxma aşkar edilib. Həkim martın 20-də Almaniya kanslerinə peyvənd edib.

Steffen Seibert qeyd edib ki, qarşıdakı günlərdə Angela Merkel müvafiq yoxlamalardan keçəcək və evdən iş fəaliyyətinə davam edəcək.