Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, 1963-cü il təvəllüdlü Kürdəmir rayon sakini Omarov Sahib Mütəllim oğlu "QAZ-53" markalı yük maşını ilə Kürdəmir istiqamətində hərəkətdə olarkən naməlum piyadanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakt araşdırılır.