Şəmkirdə döyülmə faktı qeydə alınıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində baş verib.

Kənd sakini, 1982-ci il təvəllüdlü Gülnaz Abbasova müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətin kafi olduğu bildirilir.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.