Quba rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

" Vaz 2106" markalı avtomaşınla "Naz  Lifan" markalı maşın toqquşub. Qəza nəticəsində 3 nəfər ağır bədən xəsarəti alıb. Qəzadan sonra " Vaz 2106" markalı nəqliyyat vasitəsi iki yerə bölünüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.