Bakıda mağazadan oğurluq edən şəxs tutulub. 

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən oranın keçmiş işçisi olan Ucar rayon sakini K.Hüseynov saxlanılıb. 

Ətrafında aparılan tədbirlərlə onun 2019-cu il dekabr ayının 10-dan cari il mart ayının 19-dək olan müddətdə həmin marketin anbarından naməlum şəxslərlə birgə 200 000 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilib.