Bakının Xəzər rayonunda ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Hüseynova Zülfiyyə Sadıq qızı əri ilə mübahisə zamanı bıçaqlanıb. Qadın kürəyinin sol hissəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.