Bir məhkəmə sədri haqqında ilginc iddia
O, ölən itinə görə üc gün yas saxlayıb

Azərbaycanda vəzifəli və imkanlı şəxslərin komfort həyatı, dəbdəbəli məişəti barədə hamımız bilirik. Həm KİV-də yazılanlardan, həm qulaqdan qulağa eşitdiklərimizdən, həm də gözlərimizlə gördüklərimizdən.
Onların bir çox hallarda bir vəzifə ilə böyük maddi imkanlara necə sahib olduğu suallar yaradır, həmin sualların cavablarını da əslində hamımız bilirik. Hər halda vəzifə maaşı ilə dəbdəbəli mülklərə, lüks həyata, gözqamaşdırıcı varidata sahib olmaq mümkünsüz olduğundan, belələrinin daha çox rüşvətdən qidalandığı şübhəsizdir.
Amma bütün bunlar o demək deyil ki, vəzifəlilərimiz tamamilə qayğısızdırlar, heç bir dərd-sərləri yoxdur. Əlbəttə, belə deyil. Onların da özlərinə məxsus qayğıları, dərdləri, sıxıntıları olur.
Məsələn, Azərbaycan məhkəmələrinin birinin sədri kimi. Deyilənlərə görə, həmin məhkəmə sədrinin sevimli bir iti varmış və bu günlərdə həmin it ölüb.
Məhkəmə sədri itinin ölümündən möhkəm sarsılıb. Danışırlar ki, sarsıntısı o qədər ağır olub ki, hətta üç gün işə də çıxmayıb,yas saxlayıb itinə hakim yoldaş.
İddialarda bu məhkəmə sədrinin kimliyi də göstərilir, amma biz jurnalistlərin peşə kodeksi qaydalarını nəzərə alıb onu sizlərə də açıqlamağı doğru saymadıq.Yazıqlar olsun ki,bir itin ölümünə görə yas saxlayan məhkəmə sədrlərimiz var.
İlkin Rzazadə