Çinin Uhan şəhərində meydana gələn və minlərlə insanın ölümünə səbəb olan yeni növ koronavirus (Covid-2019) Fransada da ciddi şəkildə yayılıb.

Unikal.org xəbər verir ki, xalq isə xəstələri müalicə edən həkimləri dəstəkləyir. Sosial şəbəkədə paylaşılan bir videoda insanların axşam saatlarında çətin şəraitdə işləyən həkimlərə dəstək olmaq üçün onları alqışladıqları görünüb.

Qeyd edək ki, 7730 nəfərin koronavirusa yoluxduğu Fransada 175 nəfər bu səbəbdən dünyasını dəyişib.