Türkiyənin maraqla izlənilən serialı “Çukur”un çəkilişləri dayandırılıb.

Unikal.org xəbər verir ki, buna zəmin yaradan isə Türkiyədə 100-ə yaxın insanın yoluxduğu koronavirusdur.

“Ay yapım”ın ərsəyə gətirdiyi ekran işinin komandasında çəkilişlərin dayandırılması barədə məlumat verilib.

Qeyd edək ki, baş rollarında Aras Bulut İynemli, Barış Arduç, Hazal Subaşı, Damla Sönmezin oynadığı “Çukur” üç mövsümdür davam edir.