Səudiyyə Ərəbistanın şahzadəsi Turki bin Mohamed bin Fahd Al Saudun 78 milyon funt sterlinq dəyərində olan super lüks yaxtası qəzaya uğrayıb. 

Unikal.org məlumat verir ki, Yunanıstanın Perama limanında qaldırıcı maşının səhv manevrindən sonra qəzaya uğrayan lüks yaxtaya maddi ziyan dəyib. 

Qeyd edək ki, hadisə zamanı yaxtada 12 ekipaj üzvünün olduğunu və ekipajın heç bir xəsarət almadan sahilə çıxdığını  barədə məlumat bildirilib.