İspaniyada koronavirusdan (KOVİD-19) ölənlərin sayı 500 nəfəri ötüb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Yeni virusa yoluxanların sayı isə artıq 11 min 178-ə çatıb.
Son rəqəmlər bu ölkədə vəziyyətin hər keçən gün ağırlaşdığını göstərir.

Qeyd edək ki, İspaniyada da nəzarət-buraxılış məntəqələri qapadılıb, səfər məhdudiyyətləri tətbiq edilib.