Daha bir aktrisa koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, "Frozen" animasiyasının aktrisası Raçel Metyusun ( Rachel Matthews ) xəstəliklə bağlı analiz nəticələri müsbət çıxıb.

Bu barədə məlumatı amerikalı aktrisa özü şəxsi Instagram hesabından verib. O, bildirib ki, onda COVID-19 koronavirusu aşkarlandığına görə hazırda karantində saxlanılır.

"Hey, dostlar, məndə COVID-19 aşkarlanıb. Bu səbəbdən də ötən həftədən karantində saxlanılıram. Bundan sonra nə baş verəcəyini bilmirəm, amma, növbəti qərara qədər burada qalmalıyam.

Ölkəmiz geridə qalıb və sistemsizdir. Mən burada çoxlu maye qəbul edirəm və dincəlirəm", - 26 yaşlı Raçel qeyd edib.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 194490 nəfər yoluxub. 7893 nəfər bu virusdan ölüb, 81085 nəfər isə sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir.