Rusiyada daha 21 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu baş nazirin müavini Tatyana Qolikova açıqlayıb.

Beləliklə, Rusiyada virusa yoluxanların sayı 114-ə çatıb. Məlumata görə, yoluxan 114 nəfərdən 10-u ölkə ərazisində yoluxub. Ümumilikdə infeksiya Rusiyanın 26 bölgəsində qeydə alınıb.