Çinin Vuhan şəhərində meydana gələn və qısa müddət ərzində bir çox ölkəyə yayılan koronavirusun yeni növü (Kovid-19) epidemiyası səbəbiylə bu günə qədər 6516 nəfər həyatını itirib. 

Unikal.org məlumat verir ki, ABŞ Gömrük və Sərhəd Birliyi saxta koronavirus testlərinin ələ keçirildiyini açıqlayıb. Agentliyin məlumatına görə, İngiltərədən ABŞ-a göndərilən saxta koronavirus testləri Los Angeles Hava limanında saxlanılıb.

Agentlik tərəfindən araşdırma işləri davam edir.