Yeni koronavirusun yayıldığı İranda 85 minədək dustaq müvəqqəti olaraq həbsdən buraxılıb.

Unikal.org xəbər verir ki, bu barədə bildirən Ali Məhkəmə sözçüsü Qulamhüseyn İsmayıli həmin şəxslərdən yarısının təhlükəsizliklə bağlı maddələrlə məhkum olunduğunu deyib.

O bildirib ki, biz infeksiyaya qarşı həbs yerlərində ehtiyat tədbirləri görürük.

Q.İsmayıli həmin dustaqların nə vaxt geri qaytarılacağını dəqiqləşdirməyib.