Bütün dünyaya təsir göstərən koronavirus epidemiyası ABŞ-da çaxnaşmaya səbəb olub. 

Unikal.org məlumat verir ki, Amerikalılar koronavirusu səbəbiylə ölkədə qida çatışmazlığı səbəbindən özlərini və ailələrini mümkün talanlardan qorumaq üçün silah satan dükanların qarşısında uzun növbələr yaradıblar. 

Belə ki,  3774 nəfərin yoluxduğu və 93 nəfərin həyatını itirdiyi koronavirus səbəbiylə insanlar bazarlara axın ediblər. Həmçinin də, amerikalılar silah dükanlarında növbə ilə silah almaları hər kəsin diqqətini çəkib. Vətəndaşların açıqlamasında vəziyyətin sosial böhrana çevriləcəyindən qorxduqları üçün silah almalı olduqlarını söyləyiblər.