Dünyanın gözlədiyi xəbər Amerikadan gəlib.  Minlərlə insanın ölümünə səbəb olan yeni koronavirus (Covid-19) üzərində ilk  peyvənd sınaqlarına başlanılıb. 

Unikal.org ABŞ KİV-ə istinadən xəbər verir ki,  prezident Donald Trampın mətbuata “Bu tarixdə ən sürətli inkişaf etmiş vaksinlərdən biri” deyə açıqlamasında “Covid-19” əleyhinə peyvəndin ilk sınağını  bu gün həyata keçirdiyini bildirib. 

Belə ki, daxil olan məlumata, əsasən, vaksin sınaq çərçivəsində 4 nəfər üzərində sınaqdan keçirilməyə başlanılıb. Elm adamları, virusun genetik kodlarının dəyişdirildiyi, təcrübəyə qatılan insanların koronavirusla əlaqəli sağlamlıq problemi yaşamamaları üçün həyata keçirildiyi bildirilib.