UEFA Çempionlar Liqasının oyunlarının keçirilməsi dayandırıla bilər.

Unikal.org xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumatda, koronavirus epidemiyası səbəbiylə turnirin qeyri-müəyyən vaxta qədər dayandırılması ilə bağlı müzakirələrin aparıldığı bildirilib. Məsələylə bağlı yekun iclasın olacağı və bu gün qərarın açıqlanması gözlənilir.

Epidemiya səbəbiylə Çempionlar Liqasının əksər oyunları azarkeşsiz keçirilir.