Türkiyə Super Liqasında XXV tur davam edir.

Unikal.org xəbər verir ki, bu gün turun üç oyunu keçirilib.

Liderlər qrupunda yer alan “Sivasspor” və “Qalatasaray”ın dueli daha çox maraq kəsb edib. 4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.

“Alanyaspor” turu xal itkisi ilə başa vurub. Avrokuboklara vəsiqəyə iddialı komanda “Rizəspor”la səfər matçında heç-heçə ilə kifayətlənib.

Autsayderlər qrupunda yer alan rəqiblərin duelində 6 qol vurulub. “Kasımpaşa” günün ən məhsuldar oyununda “Kayserispor”u darmadağın edib.

Qeyd edək ki, tura martın 9-da yekun vurulacaq.