Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin sədri Anar Bağırov keçmiş vəkil Şəhla Hümbətovanın ABŞ-da yüksək mükafat almasına münasibət bildirib.

Unikal.org xəbər verir ki, A.Bağırov özünün Facebook hesabında paylaşım edərək “Məhkəməyə bilə-bilə saxta sübutlar təqdim edənlər ABŞ səfirliyinə müraciət etsinlər, mükafat vermək üçün siyahıya alırlar” deyə qeyd edib. Sədr əlavə olaraq  AR Cinayət Məcəlləsinin 294-cü (Sübutları saxtalaşdırma) maddəsini paylaşıb.

Qeyd edək ki, dünən Ş.Hümbətova insan haqlarını sahəsindəki fəaliyyətinə görə ABŞ Dövlət Departamenti tərəfindən “Cəsarətli qadınlar” mükafatına layiq görülüb. Ona mükafatı ABŞ-ın dövlət katibi Mayk Pompeo  və prezident Donald Trampın həyat yoldaşı Melaniya Tramp təqdim edib. 

Qeyd edək ki, Şəhla Hümbətova keçən ilin noyabr ayında Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin qərarı ilə üzvlükdən çıxarılıb. Bundan sonra kollegiya Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək Ş.Hümbətovanın məhkəməyə saxta qəbz təqdim edərək, araşdırma aparılmasını istəyib.