Bakıda qətl hadisəsi baş verib.

Uniakl.org “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayon, B.Çobanzadə küçəsində qeydə alınıb.

Belə ki, Bakıda kirayədə qalan Belarus vətəndaşı, 57 yaşlı Sahib Babayev qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı, 35 yaşlı Elnarə Ağarzayevanı qısqanclıq zəminində qətlə yetirib.

Daha sonra S.Babayev polisə gedərək könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır.