Rusiya koronavirusa görə fevralın 28-dən İranla aviasiya əlaqəsini məhdudlaşdırır.

Unikal.org xəbər verir ki, iki ölkə arasında müntəzəm aviareysləri yalnız Rusiyanın “Aeroflot” və İranın “Mahan Air” şirkətləri həyata keçirəcək.

Bu şirkətlərin təyyarələri Moskvadan İrana yalnız “Şeremetyevo” hava limanının koronovirusun aşkar edilməsi üçün xüsusi avadanlıqlarla təchiz edilmiş “F” terminalından uçacaq.