Çində koronavirus qurbanlarının sayı yenidən artaraq 2744 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, Çinin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Virusa yoluxmuş 32,4 min nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Məlumata görə, ölkənin 31 əyalətində ümumilikdə virusa 78 497 yoluxma halı qeydə alınıb ki, onlar həkimlərin nəzarəti altındadır.. Bir gündə Xubey əyalətində virusa 409 yeni yoluxma qeydə alınıb, 26 nəfər virusun qurbanı olub.