İstanbulda dəhşətli hadisə baş verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, küçədə gedən bir nəfər qadına hücum edib. O, nəyə görə hücuma məruz qaldığını başa düşməyərək qaçmağa çalışan qadını küçənin ortasında təpikləyib. Vəziyyəti belə görən ətrafdaki şəxslər də şübhəli şəxsi döyüblər.

Həmin görüntülər təhlükəsizlik kamerası ilə lentə alınıb.